Azərbaycan XİN-də geniş kollegiya iclası keçirilib, müvafiq tapşırıqlar verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
fev
2025
19:00
0
0
1 306
ff

Azərbaycan XİN-də geniş kollegiya iclası keçirilib, müvafiq tapşırıqlar verilib

07 fev, 2025
19:00
1 306

Azərbaycan XİN-də geniş kollegiya iclası keçirilib, müvafiq tapşırıqlar verilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə nazirlikdə geniştərkibli kollegiya iclası keçirilib.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Bildirilib ki, iclasda Xarici İşlər Nazirliyinin rəhbər heyəti və struktur bölmə rəhbərləri iştirak edib.

Eyni zamanda Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasət xəttinə uyğun olaraq 2024-cü il üzrə Xarici İşlər Nazirliyi tərəfindən görülən işlər, 2025-ci il üzrə əsas prioritetlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan başqa, iqtisadi, iqlim və humanitar diplomatiya, beynəlxalq yardım səyləri, postmünaqişə dövründə diplomatik faəliyyət, xaricdə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlərlə bağlı fikir mübadiləsi aparılıb.

İclasda həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın

×
×