DYP əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

DYP əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edib.

"Report" xəbər verir ki, DYP xəbərdarlığında əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə almağı məsləhət görüb.

Məlumatda xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.

"Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur", - xəbərdarlıqda qeyd olunub.

Oxşar xəbərlər

DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
DYP həftəsonu səfərə çıxan sürücülərə xəbərdarlıq edib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle