Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiqlənib
sizinxeber.az xəbər saytı

Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişi təsdiqlənib


2024-cü il noyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi və Sosial Məsələlər Departamentinin Dövlət Təşkilatları və Rəqəmsal Hökumət Bölməsi tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı arasında Töhfə Sazişi” təsdiq edilib.

"Sizinxeber.az" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, Töhfə Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Töhfə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatına bildiriş göndərəcək.

Oxşar xəbərlər

Azərbaycanla Özbəkistan arasında iki Saziş təsdiqlənib
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış sazişi təsdiqlədi
Bakı bu tədbirə ev sahibliyi edəcək
Azərbaycanın BMT ilə imzaladığı memorandum təsdiqlənib
Prezident Fərman imzaladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle