Siyavuş Novruzov: Azərbaycanda Amnistiya Aktına ehtiyac var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
fev
2025
12:30
0
0
1 252
ff

Siyavuş Novruzov: Azərbaycanda Amnistiya Aktına ehtiyac var

03 fev, 2025
12:30
1 252

Siyavuş Novruzov: Azərbaycanda Amnistiya Aktına ehtiyac var

Azərbaycanda Amnistiya Aktının qəbuluna ehtiyac var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

O xatırladıb ki, bu il Azərbaycanda "Konstitusiya və Suverenlik ili"dir və məhz buna görə də Amnistiya Aktına ehtiyac var.

“Hesab edirəm ki, parlament də təşəbbüs göstərib 28 May Respublika Gününə qədər Amnistiya Aktını hazırlayıb təqdim edə bilər. Belə təşəbbüsün parlamentdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Azərbaycanın suverenliyi uğrunda döyüşüb sonradan səhvə yol verən insanlar var ki, hazırda həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir”.

Bizimlə əlaqə saxlayın

×
×