MSK: Bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlər nəzərdən keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
fev
2025
16:50
0
0
1 610
ff

MSK: Bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlər nəzərdən keçirilib

01 fev, 2025
16:50
1 610

MSK: Bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlər nəzərdən keçirilib

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər nəzərdən keçirilib.

APA xəbər verir ki, əvvəlcə müraciətlərlə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib.

Qeyd olunub ki, 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabadi, 86 saylı Ağcabədi Dairə Seçki Komissiyalarının müxtəlif məntəqə komissiyalarından silsilə müraciətlər daxil olub.
Komissiyanın yekun qərarına əsasən, bütün müraciətlər araşdırılaraq müvafiq qərarın qəbul edilməsi üçün Dairə Seçki Komissiyalarına təqdim olunub.

Bizimlə əlaqə saxlayın

×
×