Rövzət Qasımov: Səsvermə ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi formada şikayət daxil olmayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
yan
2025
21:00
0
0
1 395
ff

Rövzət Qasımov: Səsvermə ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi formada şikayət daxil olmayıb

29 yan, 2025
21:00
1 395

Rövzət Qasımov: Səsvermə ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi formada şikayət daxil olmayıb

Gün ərzində media mənsubları, MSK təmsilçiləri prosesi bütün mümkün vasitələrlə izlədi, təəssürat odur ki, seçki qanunvericiliyin tələblərinə uyğun formada keçirilib.

“Report” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, seçkinin gedişatı məqbul qəbul edilə bilər.

Sədr müavini bildirib ki, hələlik həm rəsmi, həm də qeyri-rəsmi formada şikayət daxil olmayıb: “Qaynar xəttimizə sorğu tipli 35-ə yaxın müraciət daxil olub”.

R.Qasımov onu da əlavə edib ki, seçki prosesində iştirak edən müşahidəçilərin qənaəti müsbətdir: “Ümid edirik ki, seçki prosesinin sonuna qədər müsbət qənaət dəyişməz olaraq qalacaq”.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Bizimlə əlaqə saxlayın

×
×