29
yan
2025
17:00
yuxarı
Rövzət Qasımov: Seçkidə hər hansı pozuntu ilə bağlı MSK-ya müraciət daxil olmayıb
Rövzət Qasımov: Seçkidə hər hansı pozuntu ilə bağlı MSK-ya müraciət daxil olmayıb
Bu vaxta qədər seçkidə hər hansı bir pozuntu halı ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.
“Report” xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, seçki prosesində seçici fəallığı ilə yanaşı, şəffaflıq da müşahidə olunur: “Bu vaxta qədər MSK-ya 30-a yaxın zəng gəlib. Bu zənglər məlumat almaq məqsədli olub”.
Sədr müavini onu da bildirib ki, sosial şəbəkə və media MSK tərəfindən izlənilir: “Bu mənada, hansısa neqativ hal olarsa, komissiya onu araşdırmağa hazırdır”.
Bizimlə əlaqə saxlayın
×
×
