MSK sədri: Sabah Azərbaycanda 8071 bələdiyyə üzvü seçiləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
yan
2025
14:50
0
0
1 330
ff

MSK sədri: Sabah Azərbaycanda 8071 bələdiyyə üzvü seçiləcək

28 yan, 2025
14:50
1 330

MSK sədri: Sabah Azərbaycanda 8071 bələdiyyə üzvü seçiləcək

"Sabah artıq Azərbaycanda 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçicilər 5 846 məntəqədə səs verəcəklər: “Ümumilikdə 118 seçki dairəsi hüdudları çərçivəsində 685 bələdiyyə var. 125 seçki dairəsindən 7-si tamamilə məcburi köçkün dairələridir ki, onlar bu seçkilərdə iştirak etmir”.

Məzahir Pənahov qeyd edib ki, 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir: “5846 məntəqədə seçicilərin səs verməsi üçün bütün addımlar atılıb. Seçkilərin keçirilməsinə məsul olan orqanlar işin öhdəsindən yüksək səviyyədə gəlib”.

Bizimlə əlaqə saxlayın

×
×