Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
yan
2025
16:30
0
0
1 147
ff

Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

21 yan, 2025
16:30
1 147

Bələdiyyə seçkiləri ilə əlaqədar 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

"Report" xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 21-də keçirilən iclasında müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir:

"İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə ölkədə 2008-ci ildən uğurla həyata keçirilən layihədir.

Keyfiyyətli və fasiləsiz yayım üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Parlament seçkilərində məntəqələrdə veb-kameraların quraşdırılması parametrlərində dəyişiklik edilib. 89 seçki məntəqəsinin məlumatlarında dəyişikliklər olub.

62 seçki məntəqəsinin nömrəsi dəyişdirilib. 15 seçki məntəqəsində isə veb-kameraların quraşdırılması tamamilə yeni məsələdir. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilir".

Bizimlə əlaqə saxlayın

×
×