20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - VİDEO - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
yan
2025
12:50
0
0
1 426
ff

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - VİDEO - FOTO

20 yan, 2025
12:50
1 426

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - VİDEO - FOTO

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

APA xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

Bizimlə əlaqə saxlayın

×
×