MSK sədri: Növbəti illərdən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
yan
2025
12:50
0
0
1 306
ff

MSK sədri: Növbəti illərdən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək

20 yan, 2025
12:50
1 306

MSK sədri: Növbəti illərdən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək

Bu il işğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək.

Sizinxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, artıq növbəti illərdən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək.

MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkilərində ilk dəfə olaraq ölkədəki 26 siyasi partiyadan 23-ü iştirak edəcək.

Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkilərinin nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq. Seçkiləri 70 mindən artıq müşahidəçi izləyəcək.

O əlavə edib ki, seçkilərdə iştirak üçün xarici müşahidəçilər müraciət etməyib.

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Bizimlə əlaqə saxlayın

×
×