Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
yan
2025
13:00
0
0
1 238
ff

Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb

19 yan, 2025
13:00
1 238

Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq müşahidəçilər tərəfindən Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb.

Bu barədə Sizinxeber.az-ya MSK-dan məlumat verilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin .1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44-cü maddələrinə əsasən, beynəlxalq (xarici) müşahidəçilər tərəfindən seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək seçki keçirilən seçki dairələrində müşahidə aparılması üçün ərizələr Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 19-dək olan dövrü əhatə edib.

Ötən müddət ərzində beynəlxalq (xarici) müşahidəçilər tərəfindən belə müraciət olmayıb.

Bizimlə əlaqə saxlayın

×
×