Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
yan
2025
13:30
0
0
1 339
ff

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub

18 yan, 2025
13:30
1 339

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü keçirilib.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

Məlumata görə, təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq gündəliyi, xüsusilə Yaxın Şərqdəki vəziyyət görüşün əsas mövzusu olub.

Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

×
×