Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə  həsr olunan regional seminar-müşavirələrə başlanılıb
sizinxeber.az xəbər saytı

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb


Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə birgə regional seminar-müşavirələrə start verilib.

"Report" xəbər verir ki, ilk tədbir MSK və DİN təmsilçilərinin iştirakı ilə yanvarın 14-də Bakı Şəhər Baş Polis İdarəsində təşkil olunub.

Polisin xidməti fəaliyyətinə həsr edilən sözügedən layihə bələdiyyə seçkiləri keçirilən seçki dairələri dairə seçki komissiyalarının sədrlərini və polis orqanlarının nümayəndələrini əhatə edir.

Seminar-müşavirələr zamanı Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin təqdimatında bələdiyyə seçkilərinə hazırlıq mərhələsi, seçkiqabağı təşviqat dövrü, o cümlədən səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrinə dair çıxışlar dinləniləcək, fikir mübadiləsi və müzakirələr aparılacaq.

Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn layihə növbəti mərhələdə yanvarın 16-da Gəncədə, yanvarın 17-də Şəkidə, yanvarın 18-də Şirvanda və yanvarın 21-də Naxçıvanda regionlar üzrə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Məlumat üçün qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.

Oxşar xəbərlər

MSK və DİN parlament seçkiləri ilə əlaqədar birgə layihəyə start verib
Milli Məclisə seçkilərlə əlaqədar MSK və DİN birgə layihəyə start verib
Növbədənkənar parlament seçkiləri ilə bağlı “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb
MSK bələdiyyə seçkilərində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər