Oğuzda yaşayan udi icması ilə görüş keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
yan
2025
00:00
0
0
1 192
ff

Oğuzda yaşayan udi icması ilə görüş keçirilib

09 yan, 2025
00:00
1 192

Oğuzda yaşayan udi icması ilə görüş keçirilib

Oğuzda yaşayan udi icması ilə görüş keçirilib.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.

Görüş iştirakçıları çıxışları zamanı tolerantlığın Oğuz rayonunda da yüksək səviyyədə özünü göstərdiyini, rayonda azərbaycanlılarla yanaşı, müxtəlif xalqların (ləzgi, udi, gürcü, yəhudi, rus və s.) və dinlərin nümayəndələrinin uzun illər ərzində əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirdiklərini bildiriblər.

Daha sonra icma üzvlərinin əsasən məşğulluq problemləri olmaqla müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin həlli üçün yerində tapşırıq verilib, digər mövzular aidiyyəti istiqamətlərə yönləndirilib.

Bizimlə əlaqə saxlayın

×
×