İlham Əliyev: İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik
sizinxeber.az xəbər saytı

İlham Əliyev: İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik


Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.

"Sizinxeber.az" xəbər verir ki, bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlət başçısı deyib:

“Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: “İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.

Oxşar xəbərlər

Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq
Prezident: Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq
Azərbaycanda minimum əməkhaqqı və pensiya artırılır - SƏRƏNCAM
Azərbaycan Prezidentindən minimum əməkhaqqı və minimum pensiya ilə bağlı göstəriş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər