Bələdiyyə seçkilərində 20 media subyektində ödənişli təşviqat aparmaq mümkün olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
yan
2025
16:50
0
0
1 192
ff

Bələdiyyə seçkilərində 20 media subyektində ödənişli təşviqat aparmaq mümkün olacaq

06 yan, 2025
16:50
1 192

Bələdiyyə seçkilərində 20 media subyektində ödənişli təşviqat aparmaq mümkün olacaq

Ödənişli təşviqatla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) bütün media subyektlərinə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda müraciət ünvanlayıb.

Sizinxeber.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Rövzət Qasımov bildirib ki, bələdiyyə seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı 20 media qurumu MSK-ya müraciət edib: “Bu müraciətlərin hamısı təmin edilib, onların müvafiq təklif və məlumatları təşviqat subyektlərinin tanış olması üçün MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib”.

MSK sədrinin müavini qeyd edib ki, təşviqatla əlaqədar açıq və qapalı olmaqla, ümumilikdə 5912 görüş yeri də namizədlər üçün müəyyən edilib: “Qanunvericilikdə qadağn olmayan digər yerlərdə də namizədlər təşviqat apara bilərlər”.

Bizimlə əlaqə saxlayın

×
×