DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
yan
2025
13:00
0
0
1 646
ff

DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib

06 yan, 2025
13:00
1 646

DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət edib

Son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciətində qeyd edilib.

Bildirilib ki, bu kimi hallarla qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır.

"Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma sənədi imzalamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin!", - müraciətdə vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×