Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
dek
2024
19:00
0
0
1 604
ff

Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət edib

29 dek, 2024
19:00
1 604

Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət edib

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilərək “Yeni Klinika”da müalicəsini davam etdirən şəxsləri ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətindən bildirilib.

Başçəkmə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və “Yeni Klinika”nın rəhbərliyi tərəfindən Müvəkkilə müalicə olunan şəxslərin vəziyyəti barədə ətraflı məlumat verilib.

Ombudsman qəza nəticəsində zərər çəkmiş şəxslər üçün yaradılmış şəraitlə tanış olub, onların hər biri ilə fərdi qaydada görüşüb, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıb.

Bizimlə əlaqə saxlayın

×
×