Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
dek
2024
17:00
0
0
1 138
ff

Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verilib

29 dek, 2024
17:00
1 138

Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın nəşi ailəsinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib.

"Report"un yerli bürosunun məlumatına görə, qəzada həlak olan L.Bayramovanın nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bizimlə əlaqə saxlayın

×
×