29
dek
2024
16:00
yuxarı
Təyyarə qəzasında həlak olan Ramin Ağayevin nəşi ailəsinə təhvil verilib
Təyyarə qəzasında həlak olan Ramin Ağayevin nəşi ailəsinə təhvil verilib
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1996-cı il təvəllüdlü Ramin Ağayevin nəşi Sumqayıt şəhərinə gətirilib.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, qəzada həlak olan R.Ağayevin nəşi ailəsinə təhvil verilib.
Hazırda onunla vida mərasimi keçirilir.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Bizimlə əlaqə saxlayın
×
×
