İlham Əliyev: Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik


Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik.

"Sizinxeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı Azərbaycanın Rusiya tərəfinə bildirilən tələblərinin beynəlxaql təcrübəyə və normal insani davranışa əsaslandığını qeyd edib:

"Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.

Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik"
Azərbaycan Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin qəzanın araşdırılmasında iştirak etməsi ilə bağlı rəsmi təklifindən imtina edib
İlham Əliyev təyyarə qəzası barədə: İlk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB
Polad Bülbüloğlu: Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər