Bələdiyyə seçkilərində özü və ya yaxın qohumları namizəd olan DSK üzvləri vəzifədən azad ediliblər
Bələdiyyə seçkilərində özü və ya yaxın qohumları namizəd olan dairə seçki komissiyalarının (DSK) üzvləri vəzifədən azad ediliblər.
"Report" xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 29-da keçirilən iclasında müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun, MSK katibi Arifə Muxtarovanın və MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 1 saylı Şərur-Sədərək, 51 saylı Şirvan, 68 saylı Sabirabad-Şirvan, 86 saylı Ağcabədi, 91 saylı Zərdab-Kürdəmir-Ucar, 116 saylı Qəbələ, 3 saylı Babək-Şahbuz-Kəngərli, 7 saylı Səbail, 8 saylı Binəqədi birinci, 66 saylı Saatlı, 72 saylı Cəlilabad kənd, 20 saylı Nərimanov ikinci, 46 saylı Sumqayıt beşinci, 112 saylı saylı Zaqatala, 16 saylı Yasamal ikinci, 47 saylı Sumqayıt-Abşeron-Qaradag, 56 Şabran-Xaçmaz, 81 saylı İmişli seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
İclasda xatırladılıb ki, qanunvericiliyin tələbi ilə özü və ya yaxın qohumları seçkilərdə namizəd olan DSK üzvləri bu vəzifədə qala bilməz. DSK-ların tərkibində dəyişikliklərin bəzilərinin səbəbi məhz bu məsələdir. Yaxın qohumları namizəd olan DSK üzvləri vəzifədən müvəqqəti azad olunublar, özü namizəd olan DSK üzvlərinin isə fəaliyyətinə xitam verilib.
Müvafiq qərarlar səsverməyə qoyulub və qəbul edilib.
Oxşar xəbərlər
Bəzi DSK-ların tərkibində dəyişiklik edilib
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
MSK 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













