Təyyarə qəzasında həlak olan Həbib İsmayılovun cənazəsi Ağdaşda ailəsinə təhvil verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
dek
2024
12:30
0
0
1 301
ff

Təyyarə qəzasında həlak olan Həbib İsmayılovun cənazəsi Ağdaşda ailəsinə təhvil verilib

29 dek, 2024
12:30
1 301

Təyyarə qəzasında həlak olan Həbib İsmayılovun cənazəsi Ağdaşda ailəsinə təhvil verilib

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1999-cu il təvəllüdlü Həbib İsmayılovun cənazəsi Ağdaş rayonunun Ərəb kəndində ailəsinə təhvil verilib.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hazırda kənddə onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bizimlə əlaqə saxlayın

×
×