Qazaxıstan və Belarus parlament sədrləri Sahibə Qafarovaya zəng ediblər
sizinxeber.az xəbər saytı

Qazaxıstan və Belarus parlament sədrləri Sahibə Qafarovaya zəng ediblər


Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin sədri Sahibə Qafarovaya zəng ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Sizinxeber.az"a verilən məlumata görə, hər iki parlament sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Onlar Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıblar.

Spiker göstərilən diqqətə və başsağlığına görə həmkarlarına minnətdarlığını bildirib.

Oxşar xəbərlər

Qazaxıstan Parlament Məclisinin sədri Milli Məclisin sədrinə təyyarə qəzası ilə əlaqədar zəng edib
Qazaxıstan Parlament Məclisinin sədri Azərbaycan parlamentinin spikerinə təyyarə qəzası ilə əlaqədar zəng edib
Numan Kurtulmuş Sahibə Qafarovaya başsağlığı verib
Numan Kurtulmuş təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər