Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
dek
2024
12:00
0
0
1 194
ff

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb

27 dek, 2024
12:00
1 194

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə yola salınıb

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

“Sizinxeber.az”un Qarabağ bürosunun məlumatına görə, dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.

Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.

Bizimlə əlaqə saxlayın

×
×