İcma fransalı deputatın azərbaycanlıların qayıdış hüququna zidd fikirlərini qınayıb
sizinxeber.az xəbər saytı

İcma fransalı deputatın azərbaycanlıların qayıdış hüququna zidd fikirlərini qınayıb


Avropa Parlamentinin Fransadan olan deputatı Natali Luazonun azərbaycanlıların qayıdış hüququna qarşı fikirləri ziddir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

Belə ki, fransalı deputat Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib.

Müsahibəsində bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçi digər tərəfdən suveren ölkə adlandırdığı rəsmi İrəvana Azərbaycan ilə danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir".

Fransalı deputat Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir.

N.Luazo Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqa zidd yanaşmasını bir daha ortaya qoyur.

Bütün bunlar fransalı deputatın irqi əsasda ayrı-seçkili yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu həmçinin ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir.

Qərbi Azərbaycan İcması Natali Luazonun azərbaycanlıların qayıdış hüququna zidd və sülhə qarşı fikirlərini qınayır.

Oxşar xəbərlər

İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib
İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmətlə yanaşmağı tələb edirik
İcma: Kamala Harrisin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir
Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verib
QAİ ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər