Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
dek
2024
12:30
0
0
1 280
ff

Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

25 dek, 2024
12:30
1 280

Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

"Sizinxeber.az"un məlumatına görə, Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".

Bizimlə əlaqə saxlayın

×
×