Mixail Qutseriyev və Vahid Ələkbərov İlham Əliyevi təbrik ediblər
Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
“Report”un məlumatına görə, təbrikində M.Qutseriyev qeyd edib ki, İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.
Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Prezidentə təbrikində İlham Əliyevin həyatını bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etdiyini vurğulayıb:
“Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb”.
Oxşar xəbərlər
Vahid Ələkbərov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib
Fuad Nəcəfli Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib - FOTO
Avrasiya Yəhudi Konqresinin prezidenti İlham Əliyevi təbrik edib
Sadır Japarov İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













