Biləsuvarda tullantılar atılan ərazidə “Ahıllar bağı" salınır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
dek
2024
20:30
ff

Biləsuvarda tullantılar atılan ərazidə “Ahıllar bağı" salınır

21 dek, 2024
20:30
968

Biləsuvarda tullantılar atılan ərazidə “Ahıllar bağı" salınır

Biləsuvarda Bolqar çayının Xırmandalı kəndindən keçən hissəsində uzun illərdən bəri tullantıların atıldığı ərazi təmizlənib və yerində "Ahıllar bağı"nın salınmasına başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün ərazidə 100-ə yaxın Xan çinarı və Eldar şamı ağacları əkilib.

Ağaclar suvarıldıqdan sonra bağın salındığı ərazi hasara alınıb.

Əhalinin istirahəti üçün salınan “Ahıllar bağı"nın lazımi şəraitlə təmin olunması üçün digər zəruri işlər də davam etdiriləcək.

Bizimlə əlaqə saxlayın

×
×