Deputat: Prezident İlham Əliyev məcburi köçkünlərin öz yurdlarına qayıdacaqlarına dair vədini yerinə yetirib
Prezident İlham Əliyev Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyinin qalmayacağına və məcburi köçkünlərin öz yurdlarına qayıdacaqlarına dair vədini yerinə yetirib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Qalib Lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” konfransında deyib.
Onun sözlərinə görə, dövlət başçısı azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə şəxsən nəzarət edir:
"İlham Əliyev, demək olar, hər həftə azad edilən ərazilərə gedir, proseslərə şəxsən nəzarət edir ki, qarşımızda duran problemləri həll etsin, həm Böyük qayıdış layihəsinin icrasında heç bir çətinlik olmasın, həm də bərpa-quruculuq işləri uğurla aparılsın. Prezidentin sərəncamına əsasən, 2027-ci ilə qədər həmin ərazilərə 34 min 500 ailə köçürüləcək, o sayda mənzil və fərdi yaşayış evi inşa ediləcək".
R.Musabəyov qeyd edilən məsələlərin həlli ilə ölkənin davamlı inkişafının təmin olunacağını vurğulayıb:
"Bütün bu məsələlər öz həllini tapandan sonra Azərbaycanın davamlı inkişaf və təhlükəsizliyi də hər zaman təmin olunacaq".
Oxşar xəbərlər
Urxan Ələkbərov: Azərbaycanda hələ 2004-cü ildə bərpa olunan enerjinin istifadəsinə dair milli proqram qəbul edilib
Coşqun Cəbrayılov: Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nələr baş verə biləcəyini təsəvvür etmək mümkün deyil
İlham Əliyev: Azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
