Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
dek
2024
18:30
0
0
1 436
ff

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib

12 dek, 2024
18:30
1 436

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Qeyd edilib ki, daha sonra Agentliyin rəisi, general-mayor İlqar Abbasov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstəsi qoyub.

Heydər Əliyevin anım günü ilə bağlı tədbir Agentliyin aparatında davam etdirilib və tədbirin sonunda Ümummilli liderin xatirəsinə həsr olunmuş sənədli filmə baxılıb.

Bizimlə əlaqə saxlayın

×
×