“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik qəbul olunub
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən yeni maddə müzakirəyə çıxarılıb.
Bildirilib ki, dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.
Təklif edilən dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik ilk oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri işə qəbuldan imtinanın səbəblərini açıqlamayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
DTX-nin səlahiyyətləri artırıldı - Qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslər hərbi qeydiyyata alınacaq - Qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına və rabitə mərkəzinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












