Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
sizinxeber.az xəbər saytı

Beynəlxalq parlament konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar


Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransının iştirakçıları dekabrın 6-da Heydər Əliyev Mərkəzində olublar.

“Report” xəbər verir ki, konfrans iştirakçılarına Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki,

Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkənin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.

Sonra qonaqlar 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.

Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olan konfrans iştirakçılarına məlumat verilib ki, Muzey təşkil edilərkən Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey həmçinin Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan, interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyətə malikdir.

Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik tarixinə, mədəni irsinə dair eksponatlar nümayiş olunur.

Muzeylə tanışlıq zamanı konfrans iştirakçılarını Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, eləcə də deputatlar Anar Məmmədov və Nigar Məmmədova müşayiət ediblər.

Oxşar xəbərlər

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
Heydər Əliyevin ideyaları Azərbaycan xalqının amallarına xidmət etməkdədir - Bahar Muradova
Rusiya səfirliyi ulu öndərin anım günü ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
"Heydər Əliyevin keçdiyi ömür yolu hamımız üçün möhtəşəm həyat məktəbidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər