Rusiyalı politoloq: ATƏT-in Minsk qrupu siyasi meyitdir və ləğv olunmalıdır
Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması imkanını əngəlləyir.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə jurnalistlərə rusiyalı politoloq Sergey Markov deyib.
O, Azərbaycana qarşı hər hansı ərazi iddialarını istisna etmək üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyini qeyd edib, lakin politoloqun fikrincə, hətta bu proses də süni şəkildə ləngidilir.
“Nikol Paşinyan konstitusiyaya dəyişikliyi 2027-ci ilə qədər təxirə salmağı qərara alıb ki, bu da təxribatdır”, - S.Markov bildirib.
O hesab edir ki, Nikol Paşinyan daha çox hərbi yardım almaq üçün regionda münaqişə illüziyasını saxlamağa çalışır. “Bu, digər məsələlərlə yanaşı, Cənubi Qafqaz regionuna hərbi missiyaların cəlb edilməsi, Paşinyana daha çox silah verilməsi və Qərb ölkələri, ilk növbədə, Fransa və ABŞ-ın bazalarının yaradılması üçün lazımdır”, - o qeyd edib.
Politoloqun fikrincə, İrəvan Cənubi Qafqaz regionunda sabitliyi pozmağa çalışır. “Bu, bütün region ölkələrini - Azərbaycan, Rusiya, Türkiyə, İran və hətta ola bilsin ki, Gürcüstanı Ermənistanın tamamilə destruktiv rolunun qarşısını almaq üçün birləşməyə məcbur edir”, - o əlavə edib.
S.Markov həmçinin vurğulayıb ki, ATƏT-in keçmiş Minsk qrupu Azərbaycanda separatizmi dəstəkləməkdə davam edir: “Bu, siyasi meyitdir. Əlbəttə ki, Minsk qrupu ləğv edilməlidir”, - o əlavə edib.
Oxşar xəbərlər
Rusiyalı deputatlar Ermənistanın KTMT-də iştirakının dondurulması barədə müzakirələr aparıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nikol Piterə getdi: Əliyevlə görüş olacaqmı? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












