TDT baş katibinin müavini: Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb
Türk Dövlətləri Təşkilatının (TDT) missiyası Bakı şəhərində, o cümlədən Abşeron və Xızı rayonlarında müşahidələr apardı. Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən TDT-nin baş katibinin müavini Ömer Kocaman deyib.
O bildirib ki, missiya Yeni Azərbaycan Partiyası (YAP) və Demokratik İslahatlar Partiyasının (DİP) nümayəndələri ilə görüşüb, onların seçki prosesinə hazırlığı ilə tanış olub: "Həmçinin, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla da görüşmüş, ətraflı məlumat almışdıq. Missiya Xarici İşlər Nazirliyində də olub, seçki prosesini müzakirə edib".
Ö.Kocaman qeyd edib ki, müşahidə aparılan məntəqələr standartlara uyğun olaraq vaxtında açılıb: "Ümumilikdə, 36 məntəqədə olduq. İnsanların azad iradələrini ortaya qoymaları üçün bütün şərait yaradılmışdı. Hansısa neqativ hal qeydə alınmadı".
TDT təmsilçisi söyləyib ki, missiya həm də səslərin sayılma prosesində iştirak edib: "Səslərin hesablanmasına təsir edən hansısa ciddi hal olmadı. Həmçinin, məntəqələr yaxınlığında təbliğat komponentləri yox idi. Əlillərin səs vermələri üçün şərait yaradılmışdı".
O əlavə edib ki, seçkilər açıq və şəffaf, beynəlxalq standartlara uyğun keçirilib: "Seçkilərin nəticəsinin qardaş Azərbaycan üçün uğurlu olmasını arzu edirəm".
Oxşar xəbərlər
Serbiyalı müşahidəçi: Seçkilər demokratik standartlara uyğun keçirilib
Missiya rəhbəri: ATƏT DTİHB qarşıdakı həftələrdə MSK ilə səmərəli əməkdaşlığa ümid edir
Baş katib: Bu seçkilər Azərbaycanda seçki prosesində çox böyük irəliləyiş olduğunu nümayiş etdirdi
MDB PA-nın nümayəndə heyəti parlament seçkilərinə hazırlığın gedişi barədə məlumatlandırılıb
MDB müşahidəçilər missiyasının rəhbəri: Azərbaycanda seçkiləri izləmək üçün hər cür şərait yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












