Azərbaycan əhalisinin orta boyu və çəkisi açıqlanıb
Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 santimetr, orta çəkisi isə 69,7 kiloqram təşkil edir.
"Report"un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 15-19 yaşlı şəxslərin orta boyu 160,3 santimetr, çəkisi 53,6 kiloqramdır.
20-44 yaş qrupunda bu göstəricilər müvafiq olaraq 168,3 santimetr və 68,7 kiloqram, 45-64 yaş aralığında isə 168,4 santimetr və 74,3 kiloqramdır.
Ümumilikdə, kişilərin orta boyu 171,5 santimetr, orta çəkisi 73,8 kiloqram, qadınlarda isə 163,7 santimetr və 66,1 kiloqramdır.
65 yaş və yuxarı şəxslərin orta boyu 167 santimetr, çəkisi isə 73,8 kiloqram təşkil edir.
Bundan başqa, ölkədə 15 yaşdan yuxarı əhalinin 9,8 faizinin artıq çəkiyə malik olduğu müəyyənləşib.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı açıqlanıb
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır
Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım olub
Mingəçevirdə yeni doğulan körpə ölüb - YENİLƏNİB
Azərbaycanda 1 kiloqram balın orta satış qiyməti 11 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













