Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin olunub
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub.
Nazirlikdən "Report"a verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Sahib Rzayev İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib
Ədliyyə nazirinə yeni müavinlər təyin olunub
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib
Kəmaləddin Heydərov general Rəfail Mehdiyevi vəzifəsindən AZAD ETDİ
Nazir vəzifəsini icra edəcək Azər Cəfərov kimdir? - DOSYE
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













