Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib
sizinxeber.az xəbər saytı

Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib


Nazirlər Kabineti Prezidentin “Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıq verib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Belə ki, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərarla mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Oxşar xəbərlər

"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır
“Azərkontrakt”ın ləğvi ilə bağlı Komissiya yaradılıb
Baş nazirdən hərbçilərin maaşı ilə bağlı sərəncam
Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib
Qurumlara hərbi xidmət yaşının endirilməsi ilə bağlı dəyişikliklərin tətbiqi üçün təkliflər hazırlanması tapşırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər