Lənkəranda su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib
Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, təlim Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin xilasediciləri, Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişi “xilas edərək” ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Su hövzələrində təhlükəsizliyinin təmin olunması ilə bağlı təlim keçirilib - VİDEO
Su hövzələrində təhlükəsizliyin təmin olunması ilə bağlı təlim keçirilib - VİDEO
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
Yol qəzalarında yanğın-xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













