DİN ikitəkərli nəqliyyat vasitələri sürücülərini qaydalara riayət etməyə çağırıb
sizinxeber.az xəbər saytı

DİN ikitəkərli nəqliyyat vasitələri sürücülərini qaydalara riayət etməyə çağırıb


Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır. Yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxslər barəsində ciddi intizam tədbirləri görülür.

"Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq", - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Polis ikitəkərli nəqliyyatın sürücülərini qaydalara riayət etməyə çağırıb - FOTO - VİDEO
Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib
Yol polisi motokuryerlərə nəzarəti gücləndirib
Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib
DYP: Dünən yol qəzasında 5 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər