Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM
sizinxeber.az xəbər saytı

Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM


Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın - Axar-Baxar və İlisu - yaradılması barədə sərəncam imzalayıb.

"Sizinxeber.az"un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, 23901,99 hektar sahədə yaradılacaq.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının yaradılsın.

2. Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

MƏLUMAT YENİLƏNİR

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması nəzərdən keçirilir
İvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM
Xidmət rəsmisi: Azərbaycanda yeni milli parkların yaradılması istiqamətində işlər aparılır
Prezident general-mayoru rütbəsindən məhrum edib
Ötən il təbiətə ziyan vuran 1 500-dən çox şəxs cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər