Qərbi Azərbaycan Xronikası: Yaşlı erməni dedi ki, vaxt gələcək, siz gedəcəksiniz » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2025
00:00

Qərbi Azərbaycan Xronikası: Yaşlı erməni dedi ki, vaxt gələcək, siz gedəcəksiniz

12 iy, 2025
00:00
635

Qərbi Azərbaycan Xronikası: Yaşlı erməni dedi ki, vaxt gələcək, siz gedəcəksiniz

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Yaşlı erməni dedi ki, vaxt gələcək siz gedəcəksiniz” verilişi Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Çəmbərək rayonu Yanıqpəyə kənd sakini Zaur Sərdarovun həyat hekayəsinə həsr olunub.

O, 1960-cı ildə anadan olduğunu, orta məktəb illərində yaz-yay vaxtı yaylaqlara köçdüklərini, Göyçə gölündə balıq tutduqlarını, qayıqlarla gəzdiyini söyləyib.

Onun sözlərinə görə, o vaxt Yanıqpəyə yaylaq yeri olub: “Qazaxdan gəlib, orada heyvan otarırlarmış. 1930-cu illərdə oradakı pəyəni yandırıblar. Yanıqpəyə adı elə ondan qalıb. Orada başqa millət yaşamayıb, hamsı türk olub. Əhalinin 99 %-i qohum idi. Uşaqlıq döyründə, tələbəliyə qədər İrəvana, Kirovakana, Dilicana, Çəmbərəyə gedəndə bizə bir cür baxırdılar. Mağazaya mal vermirdilər, camaat rayona gedəndə görürdün, incik gəlirdilər. Bir erməni mənə öz dillərində dedi ki, elə vaxt gələcək, bizim hökumətimiz olacaq. Sən hələ uşaqsan, belə şeyləri bilməzsən. Onların bu sözlərinə bizim ağsaqqallarımız, ağbirçəklərimiz inanmırdılar. Sovet hökumətinə güvənirdilər”.

Yanıqpəyə sakini 1988-ci ilin dekabrın 2-də camaatın kənddən çıxmağa başladığını vurğulayıb: “Karvansaray rayonunda heyvanları gətirən uşaqların qarşısını ermənilər kəsib, onları qorxutmaq üçün heyvanları güllələmişdilər. Sonra heyvanları uşaqların əlindən almışdılar. Biz evlərimizi dəyişə bilmədik. Bütün mal-mülkümüz orada qaldı. Camaat Çəmbərək rayonundan keçməklə Gədəbəyə gəldilər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bizimlə əlaqə saxlayın