TƏBİB rəhbəri III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi üçün tapşırıq verib
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda keçiriləcək III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi haqqında tapşırıq verib.
"Report" xəbər verir ki, o bununla bağlı qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə danışıb.
Vüqar Qurbanov yarışların yalnız Bakıda deyil, eyni zamanda Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
O, müəssisə rəhbərlərinə ehtiyat tədbirlərinin görülməsi, əlavə növbətçilik qrafiklərinin tərtib olunması, yarış marşrutlarına uyğun təcili tibbi yardım dəstələrinin formalaşdırılması və ümumi hazırlıq vəziyyətinin operativ şəkildə təşkil edilməsi barədə tapşırıqlarını verdiyini diqqətə çatdırıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə III MDB Oyunlarının Azərbaycanın səhiyyə sistemi üçün növbəti ciddi sınaq olacağını bildirib.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək.
Oxşar xəbərlər
COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
Vüqar Qurbanov: Təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur
TƏBİB-in icraçı direktoru: PostCOP dönəmində yaşıl xəstəxana yaradılması üçün qərarlar qəbul edilməsi labüddür
Vüqar Qurbanov: COP29 iştirakçılarından tibbi yardım üçün müraciətlər müşahidə olunur
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













