Bahar Muradova Balakəndə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Bahar Muradova Balakəndə vətəndaşları qəbul edib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib.

Komitədən "Sizinxeber.az"a verilən məlumata görə, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilib.

Komitə sədrinin qəbulu zamanı Balakən və Zaqatala rayon sakinlərinin müraciətləri dinlənilib.

Müraciətlər arasında uşaqla ünsiyyət, sosial dəstəyin göstərilməsi, işlə təmin olunma, ailələr arasında yaranan problemin həllinə köməklik göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların müalicəsi, əlillik statusunun təyin olunması, ailədaxili münasibətlər və digər məsələlər yer alıb.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Oxşar xəbərlər

Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib
Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək
Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək
Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək
Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər