Naxçıvanda bank əmanətləri 57,4 % artıb
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 57,4 faiz artaraq 2025-ci il iyun ayının 1-ə milli valyuta ekvivalentində 31 milyon 173 min manat təşkil edib.
Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əmanətlərin 93,5 faizi milli, 6,5 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,3 dəfə artıb.
Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 103 milyon 980 min 600 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.
Oxşar xəbərlər
Naxçıvanda bank əmanətləri 47 % artıb
Naxçıvanda bank əmanətləri 53 % artıb
Naxçıvanda bank əmanətləri 51 % artıb
Naxçıvanda banklara xarici valyutada qoyulan əmanətlərin həcmi 2 dəfədən çox artıb
Naxçıvanda əhalinin bank əmanətləri 39 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












