BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciətinə cavab verib
sizinxeber.az xəbər saytı

BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciətinə cavab verib


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.

APA-nın xəbərinə görə, meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bildirilib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan Respublikası tərəfindən Rusiya tərəfinə rəsmi etiraz bildirilib, bu istiqamətdə müvafiq addımlar atılıb. Qeyd olunanlar, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, 08 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin inzibati binası qarşısında piketin keçirilməsi məqsədəuyğun hesab edilmir.

Oxşar xəbərlər

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
Ayxan Hacızadə: Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır
Moldova səfiri Rusiya XİN-ə çağırılıb
BŞİH iməciliklə bağlı çağırış edib
Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər