Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb


2020-ci il Vətən müharibəsinin bitməsindən sonra Azərbaycanda mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edilib.

"Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

Oxşar xəbərlər

XİN: 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 341 nəfərə çatıb
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 387-yə çatıb
XİN: Azərbaycanda 2020-ci ildən bəri 381 nəfər mina qurbanı olub
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub
BMT TŞ-də Azərbaycanın mina problemi barədə danışılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər