Komitə sədri: Azərbaycanda dini konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var
sizinxeber.az xəbər saytı

Komitə sədri: Azərbaycanda dini konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var


Azərbaycanda hazırda dini konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə nümayəndəsi Cek Gerard ilə görüşündə deyib.

Görüş zamanı Azərbaycandakı dini durum, dövlət-din münasibətləri və dini tolerantlıq ənənələri barədə geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri bildirib ki, tolerantlıq mühitinin fromalaşdığı ölkələrdə dinlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit mövcuddur. Bunun ən bariz örnəyi isə Azərbaycandır və burada tarixən dözümlülük ənənələri bərqərar olub.

Cek Gerard isə öz növbəsində Azərbaycanın dinlərarası dialoqun genişlənməsi istiqamətində apardığı siyasətin dünya ölkələri üçün dəyərli nümunə olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi dini qurumun bu istiqamətdə ölkəmizlə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.

Oxşar xəbərlər

Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb
İraq mediası Azərbaycanda dini tolerantlıq mühiti barədə yazıb
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle