Kərim Vəliyev İstanbul və Konyadakı beynəlxalq hərbi təlimləri izləyəcək
sizinxeber.az xəbər saytı

Kərim Vəliyev İstanbul və Konyadakı beynəlxalq hərbi təlimləri izləyəcək


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə səfərə gedib.

"Report" xəbər verir ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.

Səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb.

Qeyd edək ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə türkiyəli həmkarı arasında telefon danışığı olub
Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir - VİDEO
Türkiyənin hərbi rəhbərliyi Bakıya gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle